Türkiyənin "Fənərbağça" futbol klubu ilə yollarını ayıran baş məşqçisi Jorge Jesusun bundan sonra məşqçi kimi fəaliyyət göstərəcəyi komanda məlkum olub.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Jorge Jesus bundan sonra Səudiyyə Ərəbistanının milli komandasını çalışdıracaq. 68 yaşlı portuqaliyalı məşqçi üçün Səudiyyə millisinin ildə 10 milyon avro təklif etdiyi bildirilir.
Qeyd edək ki, Türk klubunun başında bu mövsüm 51 oyun keçirən təcrübəli məşqçi 34 qələbə, 10 heç-heçə və 7 məğlubiyyətə imza atıb.
Oruc Niyazov