Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Peşə məktəbləri müəllimlərinin maaşları artırıla bilər, təkliflər paketi hazırlanır

Peşə məktəbləri müəllimlərinin maaşları artırıla bilər, təkliflər paketi hazırlanır


Peşə təhsili müəssisələrində çalışan pedaqoji heyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində təkliflər paketi hazırlanır.

Newscenter.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov məlumat verib.

Onun sözlərinə görə, təkliflər sənədi yekunlaşdıqdan sonra aidiyyəti üzrə göndəriləcək.

C.Kərəmov bildirib ki, hazırda təxminən 20-yə yaxın peşə təhsili müəssisəsində direktor, 30-a yaxın müəssisədə isə direktor müavini vəzifəsi vakantdır: "Həmin yerlərin yaxın vaxtlarda vakansiyaya çıxarılması nəzərdə tutulur".

Arzu Abdulova
Xəbəri paylaş