Son iyirmi ildə ölkədə müxtəlif sahələrdə həyata keçirilən islahatlar ümiumilikdə Azərbaycanın bütün istiqamətlərdə inkişafına zəmin yaradıb. Hər bir sahə kimi hüquqi sahədə də zaman-zaman həyata keçirilən islahatlar hüquqi dövlət quruculuğu prosesini möhkəmləndirib. Elə hüquqşünas Əli İbrahimov da bu qənaətdədir.
Newscenter.az-a verdiyi açıqlamada Əli İbrahimov deyib ki, respublikamız müstəqilliyə qovuşduqdan sonra son iyirmi ildə aparılan hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, ölkənin bütün sahələrini əhatə edən köklü islahatlar insanların fəal ictimai proseslərə qatılması üçün münbit şərait yaradıb:
"Öz növbəsində peşəkar hüquqşünaslarımız da hüququn aliliyi, hüquqa və qanuna hörmət prinsiplərinin cəmiyyətin doqmalarına çevrilməsi üçün öz məsuliyyətlərini dərk etməlidirlər".
Anar TAGİYEV