Türkiyənin əsas işlək avtomobil magistral yollarından olan Qars-Ərzurum avtomobil yolunda hərəkət məhdudiyyəti tətbiq edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb yolda ağır qəzanın baş verməsiu olub.
Belə ki, Mahmut Dipin idarə etdiyi iplik yüklü yük maşını sürücünün sükan idarəetməsini itirməsi nəticəsində aşıb.
Yolda sürüklənən yük maşını Qars-Ərzurum magistral yolunu hərəkətə bağlayıb. Xəbərdarlıq üzərinə bölgəyə jandarma və tibb qrupları cəlb edilib.
Mehman Mehdiyev