Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibəsi özünün qırmızı xəttini keçir -ÖZƏL

Rusiya-Ukrayna müharibəsi özünün qırmızı xəttini keçir


"Rusiya-Ukrayna müharibəsi özünün qırmızı xəttini keçir. Müharibə geniş miqyaslı dağıdıcı formasından kütləvi dağıdıcı formaya keçir".

Bu fikirləri Newscenter.az-a səsləndirən politoloq Azər Qasımovun sözlərinə görə, Kaxovka bəndinin partladılması onu göstərir ki, tərəflər artıq itkilərdən çəkinmirlər:

"Bəndin dağıdılması nüvə silahından istifadədən öncəki mərhələdir, hansıki Zaparoje nüvə stansiyası bu bənddən gələn su ilə soyudulur və bir müddətdən sonra reaktorların qızaraq partlama ehtimalı da artır. Həyatda qalmaq uğrunda mübarizə qarşılıqlı olaraq əks tərəfin məhvinə yönəlmiş addımlardan heç birini çəkindirmir. Bir-birinə zərbə vurmaq üçün hansı yol mümkündürsə onu da edirlər".

Politoloq deyib ki, Rusiya tərəfi daha çox panikaya düşüb:

"Getdikcə məğlub olduğunu hiss edir. Bu, ordu daxili problem və ritorikalarda görünür".

Anar Əliyev
Xəbəri paylaş