Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın bütövlüyü artıq mübahisə predmetidir -ÖZƏL

Rusiyanın bütövlüyü artıq mübahisə predmetidir


"Rusiya özünü elə bir problemin içərisinə salıb ki, bundan zərbə almadan çıxış yolu yoxdur. Rusiyanın bütövlüyü artıq mübahisə predmetidir. Rusiya bunu gözləmirdi".

Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Ukraynanın əks-hücum əməliyyatları başlansa da, ciddi hücum qarşıdadır:

"Nəticəsinin nə olacağından asılı olmayaraq təbii ki, hər iki ölkə uduzacaq".

Azər Qasımov hesab edir ki, Rusiyanın uduzması isə onun fəlakəti olacaq:

"Hesab edirəm ki, Rusiya özünün elə bir dövrünü yaşayır ki, seçim qarşısında qalacaq. Ya Ukrayna ərazilərini tərk etməklə məğlub olsa da, dövlət kimi mövcudluğunu saxlayacaq, ya da Ukrayna ilə müharibədə Qərbin də dəstəyi ilə qələbə çalacaq. Bu durumda Rusiyadan əsər-əlamət qalmayacaq".

Mehman Mehdiyev
Xəbəri paylaş