Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk lirəsinin dəyərdən düşməsində xarici amillər -ÖZƏL

Türk lirəsinin dəyərdən düşməsində xarici amillər


“Rəcəb Tayyib Ərdoğan və partiyasının seçkilərdə yenidən qalib gələ biləcəyi təqdirdə, ehtimal olunurdu ki, Türk lirəsinin dollar qarşısında dəyər itirməsi riski artacaq”. Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, bunu bir çox səbəblərlə izah etmək olar:

“Dünyanın ən iri miqyaslı siyasi və iqtisadi dairələrində Ərdoğan hakimiyyəti birmənalı olaraq qəbul edilmir. Məhz bu səbəbdən böyük qüvvələrin Türkiyəyə yönəlik öz maliyyə hesabatları mövcuddur və bu hesabat nəticəsində iqtisadi münasibətlər tənzimlənir. Türk lirəsi son 10 il ərzində dollar qarşılığında təqribən 100 faiz dəyər itirib. Bu Ərdoğan hakimiyyətinin yürütdüyü siyasətə görədir fikri ilə müəyyən qədər razılaşmaq olar. Bundan başqa dövlətin maliyyə sistemini idarə edən hakimiyyətin özünün dünyada və ölkənin daxilində baş verən iqtisadi və sosial durumu nəzərə alaraq öz maliyyə siyasəti mövcuddur. Burda dövlətin maliyyə işləri üzrə məsul şəxslərinin yürütdüyü maliyyə siyasəti əsas yer tutur və məhz lirənin faiz dərəcəsinin ikirəqəmlidən bir rəqəmliyə salınması bu siyasətə görə həyata keçirilən amildir”.

Ekspert deyib ki, məhz bu kimi qərarlar qəbul edilərkən, dünya iqtisadiyyatında baş verən hadisələr və region ölkələrlə yanaşı qonşu ölkələrə görə nisbət götürülür.

Anar Əliyev
Xəbəri paylaş