Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Böyük Millət Məclisi yeni sədr seçir -ÖZƏL

Türkiyə Böyük Millət Məclisi yeni sədr seçir


Türkiyə Böyük Millət Məclisi 28-ci dönəm üçün özünün yeni sədrini seçir.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, gizli səsvermə yolu ilə keçirilən seçkidə ilk turda TBMM sədrinin seçilməsi üçün 400 səs tələb olunur. Lakin ilk turda namizədlərdən heç biri tələb olunan səsi toplaya bilmədiyi üçün səsvermənin ikinci və üçüncü turu keçirilib.

Səsvermə zamanı ən çox səsi AK Partiyanın namizəd Numan Kurtulmuş qazanıb. İlk turda səsvermədə iştirak edən 586 millət vəkilindən 317-si Numan Kurtulmuşa səs verib. Lakin hakim partiya namizədi lazım olan səsi toplaya bilmədiyi üçün səsvermə növbəti turlarda davam edir.

Qeyd edək ki, Numan Kurtulmuşdan sonra ən çox səsi CHP-nin namizədi Tekin Bingöl toplayıb. O, deputatların 131-nin səsini qazana bilib.

Anar TAGİYEV
Xəbəri paylaş