Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə hökumət vəziyyəti nəzarətdə saxlayır -ÖZƏL

Türkiyədə hökumət vəziyyəti nəzarətdə saxlayır


Artıq Türkiyənin yeni hökumət kabineti fəaliyyətə başlayıb. İqtisadi durumun o qədər də yaxşı olmadığı bir vaxtda formalaşan yeni hökumət kabinetinin Türkiyənin qarşısında duran problemləri yoluna qoyub-qoymayacağı indi ən çox sual olunur.

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi deyib ki, Türkiyənin yeni hökumətinin gündəmində çox vacib məsələlər var:

“İnfilyasiyanın birrəqəmliyə çevrilməsi, zəlzələ zonasında evlərin və ictimai tikililərin tez bir zamanda inşa edilməsi, bir milyon suriyalı qaçqının geri göndərilməsi və terrorla mübarizə. Vəziyyət heç də düşmənlərin dediyi kimi deyil. Hökumət vəziyyəti nəzarətdə saxlayır və bütün risklər təhlil edilərək ələ alınacaq. Burada İsveçin NATO-ya qəbul məsələsindən dolayı, Turkiyəyə böyük təzyiqləri də qeyd etmək lazımdır”.

Ekspert onu da deyib ki, Türkiyə cəmiyyətində infilyasiya anlayışı yeni bir hal deyil:

“Əsas odur ki, dovlətin başında duranlar bununla mükəmməl şəkildə mübarizə aparmaq qabiliyyətinə malikdirlər. Ölkədə indiyə qədər baş verən infilyasiyaları mövcud hakimiyyət ram etməyi mükəmməl şəkildə bacarıb. Hazırda Türkiyədə zəlzələ nəticəsində dağılmış çox böyük ərazilər və şəhərlər var. Bütün bu xarici düşmənlərin ölkəyə qarşı əngəlləri fonunda, dövlət vətəndaşın bütün ehtiyaclarını təmin etmək üçün örnək siyasət həyata keçirir. Yaşayış səviyyəsində geriləmələrə rast gəlinmir və hardasa vardısa onların aradan qaldırılmasında işlər görülür”.

Anar Əliyev
Xəbəri paylaş