İngiltərənin "Aston Villa" komandası Türkiyənin "Fənərbaxça" klubunun sağ cinah müdafiəçisini öz sıralarına qatmaq istəyir.
Newscenter.az haber7.com-a istinadn bildirir ki, nigeriyalı Brayt Osayi-Samuel üçün ingilislər 10 milyon evro ödəməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, bu mövsüm "Fənərbağça"nın heyətində oynayan nigeriyalı müdafiəçi indiyədək 37 rəsmi matça çıxıb. Osayi-Samuel oyunların 21-də ilk 11-də yer alıb. Ümumilikdə 2254 dəqiqə meydanda qalan 25 yaşlı sağ cinah müdafiəçisi 1 məhsuldar ötürmə ilə hesaba təsir edə bilib.
Oruc Niyazov