Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb


Qazaxıstanda Astana Beynəlxalq Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera arasında görüş olub.

Newscenter.az-a Energetika Nazirliyindən verilən məlumata görə, örüşdə bərpa olunan enerjinin istehsalı - ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr, eləcə də yaşıl enerji texnologiyalarının inkişafına dair fikir mübadiləsi aparılıb. Azərbaycanın 2023-2024-cü illər üzrə IRENA Şurasına üzvlüyü çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsində imkanların dəyərləndirilməsinə IRENA-nın dəstəyi ifadə edilib.

Natiq Orucov
Xəbəri paylaş