Türkiyə futbolunun üç əfsanəvi məşqçisi bir araya gəlib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Fatih Terim, Mustafa Dənizli və Şenol Günəş görüşüblər. Fateh Terim görüşlə bağlı İnstaqram hesabında video da paylaşıb.
Qicaman məşqçi paylaşımında “Komanda yoldaşlarım, həmkarlarım, 50 illik dostlarım. Türkiyənin şimalından, cənubundan və qərbindən gəlib ömrünü vətəninə həsr edən üç dost yenidən bir yerdə olmaq çox gözəl idi. Eyni məqsəd üçün, futbol" deyə, qeyd edib.
Məlumata görə, qocaman məşqçilər görüş zamanı Türkiyə futbolunun durumunu da müzakirə ediblər.
Oruc Niyazov