Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə və Qətərdən yeni həmlə -ÖZƏL

Türkiyə və Qətərdən yeni həmlə


Türkiyə və Qətər "Cip" texnologiyasında ortaq çalışmaq barədə razılıq əldə ediblər.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, kritik texnologiya üçün iki ölkə 60 milyon dollarlıq ortaq investisiya qoyacaq.

Ortaq fəaliyyətlər zamanı Qətər maşın təchizatında, Türkiyə isə bilik və insan resurslarında aktiv rol oynayacaq. Rəsmi Doha ilə bu sahədə anlaşma əldə olunduğunu sənaye və texnologiya naziri Mehmet Fatih Kacır da təsdiqləyib.

Qeyd edək ki, ABŞ, Çin, İsrail, Yaponiya, Cənubi Koreya, Almaniya və İngiltərə də bu sahədə strategiyalar hazırlayır və təşviq sistemlərini yenidən quraraq milyard dollarlıq investisiyalara təşəbbüs göstərirlər.

Mehman Mehdiyev
Xəbəri paylaş