"Məscid imamlarının standart dini geyimləri olmalıdır. Bir çoxu İran molla qiyafəsində çıxır minbərə. Qapqara şeytan qiyafəsində, hələ üstəlik minbəri də qara parçaya bürüyüb minbərdən xurafat danışan axundlar var"
Newscenter.az xəbər verir ki, bu fikirləri ilahiyyatçı Tural İrfan səsləndirib. O bildirib ki, standart imam geyimi olmalıdır:
"Dini libaslar da rəmzi məna daşıyır. Milli üsluba yaxın dini geyim olmalıdır. Yoxsa hərə ağlına gələn formanı, təqlid etdiyi xarici dövlətin milli geyimini geyib Azərbaycan məscidlərinin minbərlərinə dırmaşmamalıdır".
Anar Əliyev