Deputat Razi Nurullayev sosial şəbəkə hesabında qəlyan çəkdiyi yerdə paylaşım edib və yazıb: "Dərd çəkirik, qəm çəkirik, bir az da qəlyan çəkək"
Milli Məclis qanunverici orqandır. Orada ölkəmizin bu günü və sabahı üçün taleyüklü məsələlər müzakirə edilir, qərarlar verilir. Bu prosesdə iştirak edən hər bir parlamentari nümunəvi olmalıdır. Ancaq bəzən biz bunun əksini görürük. Mən bu sözləri ictimai, siyasi fəal kimi yox Azərbaycan gəncliyinin nümayəndəsi, bir vətəndaş kimi deyirəm və mövqeyimi bildirirəm.
Razi bəy! Siz yaxşı örnək olmursunuz. Bu nədir? Tək dərd çəkən, qəm çəkən siz deyilsiniz. Təbii olaraq hər bir insanın problemi, çətinliyi var. Sizin işiniz isə insanlara dəstək olmaq, az da olsa onlara təskinlik vermək, kömək etməkdir. Siz isə öz şəxsi problemlərinizi önə çəkir, bununla yanaşı pis vərdişi təbliğ edirsiniz. Belə olmaz!
Anar Salehoğlu-ictimai-siyasi fəal