Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda naməlum şəxs polislərə atəş açıb, ölən var

İranda naməlum şəxs polislərə atəş açıb, ölən var


İranın cənub-qərbində, Xuzistan əyalətində yerləşən İze şəhərində naməlum şəxs polis əməkdaşlarına atəş açıb.

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Gənc Jurnalistlər Klubu" agentliyi məlumat yayıb.

Məlumata görə, naməlum şəxs minik avtomobilindən hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb, hadisənin motivləri və hazırda harada olması barədə məlumat verilmir.

Hadisə zamanı polis əməkdaşlarından biri ağır güllə yaraları alıb, o, xəstəxanada ölüb.

Bir neçə saat əvvəl “Tasnim” agentliyi İraqla həmsərhəd olan Xuzistanın yaxınlığında yerləşən Kirmanşah əyalətində “Bəsic” şiə milislərinin bir tərəfdarının həlak olması barədə məlumat verib.
Xəbəri paylaş