6 sentyabr, 2021. Kemerovo vilayəti Kiselyovsk şəhərciyi. İki 10 yaşlı sinif yoldaşı qızlar, Ulyana və Nastya, məktəbdən evə qayıdarkən, birdən, yoxa çıxırlar. Valideyinləri bir müddət gözləyən və tanış qohumlarla xeyli nəticəsiz axtarandan sonra axşam polis orqanlarlna müraciət edirlər.
Polis və könüllülər dəstəsi bütün gecəni ətrafı, evləri və həyətləri meşəni axtarır, nəticə vermir. Şəhərdəki bütün video müşahidə kameralarını yoxlamağa başlayırlar. Baxırlar ki, supermarket kamerasına həmin iki azyaşlı qızlar, yanlarında da bir kişi düşüb. Və kassada onlara nə isə alır.
Və kişi hündür, arıqtəhər, keçəllik əlamətlərilə axtarışa verilir. 41 yaşlı Viktor Pesternikov adlı şəxs müəyyən edilir. İstintaqın əvvəlində və bir neçə dəfə çaşdırıcı ifadəli yayınma cəhdindən sonra hər şeyi etiraf edir. Azyaşlılara təcavüzü, sonra öldürdüyünü bildirir, atdığı yeri göstərir.
Hadisə necə baş verir...
Kişi pedofiliya anormal meylli olması ilə qızları xeyli vaxt müşahidə edir və onlarla arada tanış olur, etibarlı münasibətə girir. Qızlarsa "dyadya Vitya" çağırırlar onu. Həmin gün Vitya görür ki, bu qızlar şəhərdə yerdə yemlənən göyərçinlərə baxırlar. Yaxınlaşıb da təklif edir ki, mağazadan "semeçka" alaq göyərçinlərə verək. Qızlar Vitya dayıya inanır, yanına düşüb gedirlər. Mağazada qızlara şirniyyat, özünə də bir şüşə araq alır. Və göyərçinləri yemləyəndın sonra, uşaqları şəhər kənarında kirələdiyi evinə şirnikləndirici təkliflə dəvət edir. Taksi tutur, sürücüyə deyir atasıyam bu uşaqların. Evdə biraz oturandan və araq da içəndən sonra, qızlara təcavüz edir. Sonradan, izi tam itirmək üçün onları boğaraq öldürür və yaxınlıqdakı atılmış sahədə çuxura atır basdırır.
Pedofilin hər şeyi boynuna alması, cinayəti nə cür, harada etməsi, meyitləri hara gizlətməsini göstərməsinə baxmayaraq, istintaq bunları bir kənara qoyub, prosessual qaydaların tələbləri üzrə istintaq hərəkətlərinə, faktlar və sübutları toplamaga, ekspertizaları təyininə davam edir. Kompleksli psixoloji və psixiatrik ekspertizalar, pedofiliya diaqnozu üzrə lazımi testlər keçirilir. Çünki, pedofillər 'məsum' sifət quran hiyləgər, psix kimi ifadəsini danıb, istintaqı çaşdıra bilir!
Cinayətkar proses boyu dəfələrlə müxtəlif cür fəndlərlə əməlini danma və istintaqı oynatma cəhdi etsə də sübut və faktlar öz sözünü deyir. Məhkəmə ən ağır, ömürlük həbs cəzası kəsir... Belə bir ağır, amansız, yırtıcı xarakterli cinayət əməlinə bundan aşağı cəza əsla verilə bilməz!
Və bu hadisədən dərhal sonra Rusiyada təkrar pedofiliya əməli, ya 2 azyaşlıya təcavüzə görə qanunda ömürlük həbs cəzası təsbit olunub. Yəni, azyaşlıya təcavüzdə ölüm törətməsə də.
Hökm çıxarandan sonra hakim deyib, heyf ki, güllələnmə cəzası ləğv edilib, belə yırtıcı üçün. Mən deyərdim, belə yırtıcıları insan sırasından çıxarıb, pələng-şir yırtıcısı sırasına təhvil verib görk etmək ki, yırtıcılıq nədir. Heç, pələng-şir də ceyran-cüyür körpəsinə dəymir, rəhm edir.
Pedofil mahiyyətcə kimdir, azyaşlılara nədən rəhmsiz təcavüz edir, qətl edir?
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri