[center][/center
Türkiyədə Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi və bir müddət əvvəl formalaşan yeni hökumət kabinetinin bundan sonra daxili və xarici siyasətdə hansı addımları atacağı maraq doğurur. Bir çoxları Ankaranın xarici siyasətində müəyyən korretələr olacağı qənaətindədir.
Newscenter.az-ın xəbərinə göörə, AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində mühafizəkar İslamçı kəsimin yenidən iqtidar olması Türkiyəyə İslam dünyasında daha aktiv siyasət həyata keçirmək imkanları qazandırır. Onun sözlərinə görə, prezident Ərdoğanın şəxsi nüfuzu bu prosesi sürətləndirən faktorun önündə qərarlaşır və Türkiyə İslam dünyasında lider dövlət olmaq yolunda inamla irəliləyir:
"Bir neçə il öncə Qətər ətrafında yaşanan problem və Suriyada baş verən proseslərin nəticəsində Ankaranın başda Səudiyyə Ərəbistanı və BƏƏ- i olmaqla Ərəb dünyası ilə münasibətləri qopma həddinə çatmışdı və həmin dövlətlər Türkiyə əlehinə aparılan bir çox kompaniyada fəal şəkildə iştirak edirdilər".
AVP rəsmisi deyib ki, son dövrlər biz hər iki tərəfin münasibətləri bərpa etmək istiqamətində istəkli olmasını müşahidə edirik:
"Hazırda Ankara ilə Əbu-Dabi və Ər-Riyad arasında sıx diplomatik fəaliyyətin şahidi oluruq. Tərəflər mövcud iqtisadi imkanları maksimum dəyərləndirməkdə maraqlıdır. Biz bunu BƏƏ-nin Türkiyəyə 40 milyard dollardan çox investisiya cəlbində və prezidenti Xəlifə bin Zaid ən - Nəhayyənnin səfərində müşahidə etdik. Xəlifə bin Zaidin yerli istehsal TOGG avtomobilinə maraqı və Türkiyənin aparıcı silah istehsalçısı olan Baykar rəhbərləri ilə şəxsən görüşməsi istehsal dövləti olan Türkiyəyə, BƏƏ-i kimi geniş maliyyə imkanları olan istehlak bazarında əsas pay sahiblərindən biri olmaq imkanları qazandırır. Qardaş ölkənin hər ötən gün öz hərbi imkanlarını genişlətməsi, müxtəlif regionlarda siyasi və hərbi aktivliyini artırması müdafiə əksikləri olan Ərəb dünyasını Ankaraya meyl etməsinə vadar edir. Həmin dövlətlərin ABŞ-ın imperialist siyasətini gecdə olsa anlaması bu yaxınlaşmanı şərtləndirən amillərdən biridir. Biz artıq Yaxın Şərqdə təsirləri zəifləyən Amerika və bu regionda varlığını durmadan artıran Türkiyə, Çin və Rusiyanı müşahidə edirik. Və hər üç dövlətin əsas maraqı isə bu regiondan ABŞ-ı çıxartmaq və yaxud təsirini minumuma endirməkdir".
Anar Əliyev