Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlin əvvəlindən 44 nəfəri qatar vurub

İlin əvvəlindən 44 nəfəri qatar vurub


Cari ilin 8 ayı ərzində Qazaxıstanda qatar vurması səbəbindən 27 nəfər dünyasını dəyişib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə "Qazaxıstan Dəmir Yolu" məlumat yayıb. Bildirilib ki, göstərilən müddət ərzində ümumilikdə 44 belə hadisə qeydə alınıb. 17 nəfər qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar arasında yolda nəzarətsiz qalan 1,5-4 yaş arası 4 uşaq da var.

Qatarın vurduğu piyadaların 39 faizi sərxoş olub. 36 faiz piyada isə işarələnməmiş ərazini keçdiyi və ya qulaqlıq taxın qatarın siqnalı və səsini eşitmədiyi üçün qəza qurbanı olub. Qurbanlardan 11 faizi isə intihar etmək üçün özünü qatarın altına atıb. Bununla belə, keçən ilin müvafiq dövrü ilə müqayisədə yolu keçənlərin sayı 29% azalıb.

8 ay ərzində lokomotiv briqadalarının peşəkarlığı sayəsində 77-dən çox yol-nəqliyyat hadisəsinin qarşısı alınıb. Ümumilikdə, son 5 ildə dəmir yolu keçidlərində 124 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bu ilin 8 ayında isə 16 hadisə baş verib.

Mehman Mehdiyev
Xəbəri paylaş