Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində fəal rol oynayır

Azərbaycan dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində fəal rol oynayır


"Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda Bakı Təhlükəsizlik Forumu sayca üçüncüdür. Ötən illərdə də Azərbaycanın təşəbbüsü ilə həmin forum yüksək səviyyədə keçirilmiş və aktual məsələlər müzakirəyə çıxarılmışdır. Bu da onu göstərir ki, ölkəmiz dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində, beynəlxalq güclərin ciddi rəqabəti fonunda yaranmış təhdidlərin aradan qaldırılması da fəal rol oynayır. Azərbaycanın qoşulmama hərəkatında məhsuldar iştirakı həmçinin Qlobal Cənub ilə Qlobal Qərb arasında körpü olması onun avantajını daha da artırır".

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov səsləndirib. O bildirib ki, Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətində deyildiyi kimi beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasında və həllində xüsusi xidmət orqanlarının birgə fəaliyyət göstərməsi həlledici rola malikdir və aparılan səmərəli müzakirələr təhlillər və tövsiyələr daha təhlükəsiz bir gələcəyin formalaşmasına əhəmiyyətli töhfələr verəcəkdir:

"Nəzərə alsaq ki dünya sürətlə dəyişir, yeni çağırışlar və tələblər meydana çıxır. Elmin texnologiyanın, internet resurslarının təkmilləşdirilməsi inkişafı eyni zamanda təhlükəsizliyin qorunmasına ciddi problemlər yaradır. Kibercinayətkarlıq, terrorizm, silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsi qlobal xarakter aldığından bununla mübarizə də geniş əməkdaşlıq və informasiya mübadiləsi tələb edir. Münaqişələrin baş verdiyi ərazilərdə hakimiyyət boşluğu ekstremist və qeyri-leqal silahlı qruplaşmaların geniş əl qolunu açır. Bütün bunlar isə ümumilikdə planetimizin qeyri sabitliyinə, xaosa, cinayətkarlığın artmasına rəvac verir. Hesab edirəm Bakı Təhlükəsizlik Forumu bütün bu problemlərin həllində öz müsbət töhvəsini verıcək və qəbul edilən qərarlar, aparılan fikir mübadiləsi gələcək yol xəritəsi üçün əsas istiqamət olacaq".

Süleyman
Xəbəri paylaş