
"Universitetə qəbul çox asan və güzəştli olmalıdır. Lakin oxuduğu dövrdə isə qəti şəkildə "güzəşt" və "yardım" olmamalıdır. Öz savad və qabiliyyəti sayəsində növbəti kursa keçərsə bugünkü problemlərin 80 % dərhal həll olunacaq".
Newscenter.az xəbər verir ki, bunlarlı Daşkənd Kimya-Texnologiya İnstitutunun azərbaycanlı müəllimi Ruslan İmanzadə deyib. O bildirib ki, hər il minlərlə şagirdimiz "xaricdə təhsil " adı altında ölkəmizi tərk edir:
"Kapital itiririk. Milli mənəvi dəyərlər zəifləyir. Əmək qüvəsi azalır. Universitet maddi resurslardan uzaq qalır. İş yeri arta bilər ki, baş vermir".
Ruslan İmanzadə qeyd edib ki, 17-18 yaşlı orta savad səviyyəsinin altında minlərlə gələcəyin sənətkarını itiririk:
"Hər oxuyan Molla Pənah olmaz , lakin bütün vətəndaşlarımız Qəhrəman ola bilər.
Vətən müharibəsində iştirak edənlərin böyük əksəriyyəti Universitet məzunu deyildi. Onlar bu nəcib xalqın öz tərbiyəsində böyümüşdülər".
Süleyman










































