Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan regionda təhlükəsizlik və dialoq mərkəzi kimi tanınır

Azərbaycan regionda təhlükəsizlik və dialoq mərkəzi kimi tanınır


"Artıq Bakı müxtəlif səviyyəli qlobal məsələlərin müzakirə edildiyi siyasi mərkəzə çevrilib. Hər il demək olar ki, paytaxtımızda bir neçə beynəlxalq forum, konfrans və ya seminar keçirilir ki, bu da həm Azərbaycanın regionda əhəmiyyətli mövqeyə malik olması, həm də qlobal çağırışlara zamanında reaksiya verərək günümüz üçün aktual olan məsələlərin həllinə verdiyi töhfəni ortaya qoyur. Bu baxımdan bu günlərdə Bakıda keçirilən Təhlükəsizlik Forumu da mühüm əhəmiyyət kəsb edir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, sözügedən forum müxtəlif aspektlərdən çox əhəmiyyətlidir:

"Bildiyimiz kimi forumun məqsədi qlobal və regional təhlükəsizlik məsələlərini müzakirə etmək, təhlükəsizlik orqanları arasında əməkdaşlığı gücləndirməkdir.
Məsələn, II Forum “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda keçirilmişdir və 50-yə yaxın ölkənin xüsusi xidmət orqanları iştirak etmişdir. Forum müxtəlif ölkələrin təhlükəsizlik orqanlarını bir araya gətirir və onların arasında informasiya mübadiləsini, praktik əməkdaşlığı genişləndirmə imkanı yaradır. Eyni zamanda terrorizm, sərhədlərarası cinayətlər, enerji və nəqliyyat koridorlarının təhlükəsizliyi kimi qlobal problemlər forumda müzakirə olunur. Beləliklə, bunlara qarşı ortaq strategiyalar hazırlanması mümkün olur".

İlham Məmmədovun sözlərinə görə , forumun ən əhəmiyyətli cəhəti ondan ibarətdir ki, bu kimi tədbirlər Azərbaycanın strateji mövqeyini daha da gücləndirir:

"Forumun Bakıda keçirilməsi Azərbaycanı regionda təhlükəsizlik və dialoq mərkəzi kimi təqdim edir. Bu, ölkənin siyasi nüfuzunu artırır və beynəlxalq platformalarda rolunu möhkəmləndirir".

Süleyman
Xəbəri paylaş