Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində “Dirçəliş” sərgisi açılıb

Gəncədə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində “Dirçəliş” sərgisi açılıb



Zəfər günü ərəfəsində - 2026-cı il noyabrın 6-da Gəncədə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində “Səyahət Turizminin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuğa həsr olunmuş “Dirçəliş” sərgisi təşkil olunub.

Newscenter.az-ın məlumatına görə, üzərində işğaldan azad edilmiş ərazilərdəki şəhərlər, tarixi abidələr, o cümlədən Qədim Azərbaycanın alban kilsələrinin təsvirləri həkk edilmiş usta, memar dəbilqələri, müxtəlif orijinal işlər, rəsm əsərləri sərgidə nümayiş olunub.

Gəncə Dövlət Filarmoniyasının binasında açılmış sərgi Qarabağ və Şərqi Zəngəzun quruculuq prosesində insan əməyini, tarixi irsə məhəbbəti ön plana çəkib.

Süleyman
Xəbəri paylaş