
Ölkəmiz artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu ilin sentyabr ayının 21-də Bakıda keçirilən Bakı Təhlükəsizlik Forumu, özünün növbəti toplantısını keçirdi. Bu çərçivəsində regionda və dünyada təhlükəsizliklə bağlı problemlərin olması və onlarla mübarizədə hadisələrin öncədən qarşısının alınması istiqamətində, mövcud problemlərin həlli yollarının axtarılması ilə bağlı məsələlər ələ alınmışdır, və bu istiqamətdə ölkəmizin və dünyanın müxtəlif ölkələrindən toplantıya qatılmış mütəxəssislərin fikir və düşüncələri maraqla dinlənildi. Hesab edirəm ki, dünyada təhlükəsizliklə bağlı problemlər hər yerdə var və bunun həlli üçün ölkələr böyük pullar xərcləyir.Dünyanın ən öndə gələn problemlərindən biri olan təhlükəsizlik məsələləri ilə bağlı ölkəmizin son illər ev sahibliyi etdiyi bu forum heç şübhəsiz ki, region və dünya ölkələri üçün vazkeçilməz platformadır və faydalıdır. Bakı Təhlükəsizlik Forumu (BSF) Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilir. Məqsəd regionda və dünyada təhlükəsizliklə bağlı , terrorizm, nəqliyyat şəbəkələrinin təhlükəsizliyi, humanitar fəlakətlər və sairə kimi müasir təhlükəsizlik problemlərinin müzakirəsi, dövlətlərarası xüsusi xidmət orqanları arasında əməkdaşlıq və birgə mübarizə üçün əlaqələrin qurulmasına imkan yaratmaq təşəbbüsünü irəli sürür. Forum iştirakçıları arasında müxtəlif ölkələri təmsil edən xüsusi xidmət orqanlarının və təhlükəsizlik strukturlarının nümayəndələri iştirak edir. Forumda ,ətrafında aparılan mövzular müasir dövrün tələbləri çərçivəsində yer alır və dünya üçün mahiyyət etibarilə, mütəxəssislər tərəfindən vacib çağırışlar edilir. Terrorizm, kiber təhlükəsizlik, ekoloji fəlakətlər, təbii bəlalar kimi qlobal çağırışlar forumda xüsusi yer alır. Forum bir çox sahələr üzrə təhlükəsizliklə bağlı problemləri ələ alır və informasiya mübadiləsi aparılır. Bu da ölkələr arasında etimadın artmasına və təhlükəsizlik strukturlarının fəaliyyətində koordinasiyanın yaxşılaşdırılması üçün fürsət yaradır.
Çingiz Şahbazi, siyasi ekspert