Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova Estoniya Xarici İşlər Nazirliyinin idarə rəisi ilə görüşüb

Deputat Jalə Əhmədova Estoniya Xarici İşlər Nazirliyinin idarə rəisi ilə görüşüb


Milli Məclisin deputatı Jalə Əhmədova iyunun 13-də Azərbaycanda səfərdə olan Estoniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya idarəsinin rəisi xanım Marge Mardisalu-Kaharla görüşüb.

Newscenter.az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə Estoniya XİN-in Cənubi Qafqaz üzrə müşaviri Kaie Kokr, Estoniyanın ölkəmizdəki Diplomatik Ofisinin direktoru Andrey Valentinov və Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov iştirak edib.

Deputat Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq ilk öncə qonaqları salamlayıb və onları Milli Məclisdə görməkdən məmnunluğumu ifadə edib. Xanım Marge Mardisalu-Kahar qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Azərbaycanla münasibətləri, parlamentlər səviyyəsində əməkdaşlığı çox yüksək qiymətləndirdiklərini vurğulayıb.

Görüş zamanı Azərbaycanın regionun inkişafı və sülh naminə həyata keçirdiyi təşəbbüslər, Ermənistanın işğalından azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, habelə bölgədə yaranan yeni əməkdaşlıq imkanları müzakirə edilib.

Ruhiyyə
Xəbəri paylaş