Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Ağstafa Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə su hövzələrində balıq populyasiyasının artırılmasına, ekosistemin qorunmasına və su bioresurslarının bərpasına töhfə vermək məqsədilə Qarayazı Dövlət Təbiət Qoruğunun ərazisindən keçən Kür çayına balıq körpələri buraxılıb.
Newscenter.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyəti əməkdaşlarının iştirakı ilə Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında yetişdirilən 5500-ə qədər çəkikimi balıq körpəsi Kür çayına buraxılıb.
Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək.
Balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırırıq.
Sona