Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəcəb Tayyib Ərdoğan Heydər Əliyevin məzarını ziyarət edib

Rəcəb Tayyib Ərdoğan Heydər Əliyevin məzarını ziyarət edib


Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Newscenter.az xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Mehman Mehdiyev
Xəbəri paylaş