Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada Türkiyə Baş konsulluğunun açılması mühüm hadisədir -ÖZƏL

Şuşada Türkiyə Baş konsulluğunun açılması mühüm hadisədir


“Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda dövlət səfərində olarkən Şuşada qardaş ölkənin Baş konsulluğunun açılacağı barədə verdiyi açıqlama Türkiyə liderinin də dediyi kimi həm Ermənistan, həm də dünyaya verilən bir mesajdır. Şuşada qardaş ölkənin Baş konsulluğunun açılması o deməkdir ki, Türkiyə Şuşadadır və Şuşaya qarşı hər hansı bir təxribat, ona atılan güllə Türkiyənin hədəf seçilməsi deməkdir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Şuşada Türkiyənin Baş Konsulluğunun açılması eyni zamanda qardaş ölkənin Qarabağda sülhün, təhlükısizliyin təminatçısı, zəmanətçisi olması deməkdir:

“Təbii ki, belə bir addımın atılması eyni zamanda Şuşanın Türkiyə vasitəsilə də beynəlxalq nüfuzunun artması, ona xaricdən olan marağın oyanması deməkdir. Bir sözlə Şuşada Türkiyə Baş Konsulluğunun açılması olduqca mühüm əhəmiyyət kəsb edir”.

Ictimai Birlik sədri deyib ki, qardaş Türkiyənin ardınca Azərbaycana dost olan digər ölkələr də Şuşada Baş konsulluq aça bilərlər ki, bu da Şuşanın beynəlxalq əlaqələrinin genişənməsi, onun dünyada daha yaxından tanınması baxımından əhəmiyyətli olar.

Anar Əliyev
Xəbəri paylaş