"Azərbaycan və Pakistan şəhərləri arasında, xüsusilə də paytaxtlar arasında uçuşların sayı artırılacaq".
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.
Pakistanın Baş naziri Şahbaz Şərifin bu səfərinin yaxşı nəticəsinin olacağını deyən dövlətimizin başçısı, həmçinin qeyd edib: “Təhsil sahəsində də böyük potensialı görürük. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar var və bu gün onlar müxtəlif sahələrdə təhsil alıb qayıdaraq ölkəmizə töhfələrini verirlər”.
Mehman Mehdiyev