Ermənistan Laçın sərhəd keçid məntəqəsində törətdiyi təxribata görə üzr istəməyənə qədər sərhəd tamamilə, həm də ruslar üçün qapalı qalmalı və düşməni cəzalandırma əməliyyatı daha intensiv şəkildə davam etməlidir.
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, təxribat törədilən ərazi RSK-nın dayaq məntəsinin bir neçə metrliyində yerləşsə, ruslar özü də təxribatın canlı şahidləri olsa da, bu təxribatın ermənilər tərəfindən törədilməsi barədə Rusiya müdafiə nazirliyi hələ də bəyanat verməyib:
"Sülh rusa və erməniyə lazım deyilsə, Azərbaycana dünəndən lazım deyil. Vur Əsgər, erməni və havadarı dizini yerə qoyub rayonlarımıza Salam göndərənə qədər vur!".
Anar Əliyev