Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan ordusu Laçın buraxılış məntəqəsindən keçən sadə ermənilərə atəş açacaq

Ermənistan ordusu Laçın buraxılış məntəqəsindən keçən sadə ermənilərə atəş açacaq


Laçında sərhəd məntəqəsinə erməni ordusunun hücumu əvvəlcədən hazırlanmışdı. Görünür, Ermənistanda yerləşən xarici diplomatik korpusların öz vətəndaşlarını xəbərdar etmələri və Laçın istiqamətinə yaxınlaşmağı qadağan etmələri məlumat sızması nəticəsində baş vermişdi.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov səsləndirib. Onun sözlərinə görə, Ermənistan sərhəd məntəqəsinin bağlanmasını və Azərbaycanın guya ki, erməniləri blokadada saxlaması ilə bağlı dünyada informasiya təbliğatına hazırlaşır:

"Lakin, hazırki vəziyyət təhlükəsizlik məqsədilə sərhəd məntəqəsininin bir müddət bağlı qalmasını labüd edə bilər. Erməni ordusu gələcəkdə öz həmyerlilərinə atəş açaraq bunu Azərbaycan ordusunun üzərinə yıxa və ER ölkəmizə qarşı iyrənc informasiya müharibəsinə başlaya bilər. Baş verənlər sərhədlərimizin təhlükəsizliyinin və keçid məntəqəsinin təhlükəsizliyini təmin etməyin zəruri olduğunu və Ermənistan silahlı qüvvələrinin buraxılış nöqtəmizdən bir qədər uzaqlaşdırılmasını labüd edir".

Anar Əliyev
Xəbəri paylaş