Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qələbədən 7 ay sonra - ötən ilin bu günü

Qələbədən 7 ay sonra - ötən ilin bu günü


15 iyun 2021-ci il tarixində Şuşa zirvəsində Azərbaycan ilə Türkiyənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldi
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verdi

Sənədin imzalanması ilə hər iki ölkə yeni təhlükəsizlik çətiri formalaşdırdı - yeni milli və regional güvənlik mexanizmi yaratdı. Bu, həm də hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq, təhdidlərə qarşı birgə mübarizə platformasının əsasının qoyulmasıdır

Müttəfiqliyin təsir gücü isə hansısa geosiyasi dairələrin iradəsindən, yaxud regional və ya kollektiv müdafiə təşkilatlarının fəaliyyətindən üstündür

Bəyannamə yeni reallıqları təsdiqləyən sənəddir

Bir daha bütün dünyaya nümayiş etdirildi ki, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündə - dostluq, qardaşlıq və strateji tərəfdaşlıq zirvəsindədir

Bu gün bölgədə qlobal əhəmiyyətli yeni geopolitik konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Son 100 ilin ən mühüm hadisələrindən olan Şuşa Bəyannaməsinin imzalanmasından sonra strateji fəaliyyətin həyata keçirilməsi ilə regionun geosiyasi arxitekturası yenidən dizayn olunur
Bütün bu reallıqlar iki dost, qardaş və strateji tərəfdaş ölkənin ortaq siyasi iradəsini, birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini, əzmini əks etdirir.

Nurlan Qələndərli-YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Xəbəri paylaş