“Türkiyənin Rusiya qazından asılılığı 36-37% təşkil edir, Ankara onu azaltmaq istəyir”.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Enerji Departamentinin baş direktoru vəzifəsini icra edən Berris Ekinci Vaşinqtonda enerji təhlükəsizliyi üzrə konfransda bildirib.
Onun sözlərinə görə, Türkiyə qazı Xəzər, Şərqi Aralıq dənizi və İraqdakı yeni mənbələr hesabına əldə edəcək.
Xatırladaq ki, Türkiyənin energetika naziri Fatih Dönməz qeyd edib ki, enerji qiymətlərindəki artım ödənişlərin təxirə salınmasına böyük təsir edib. Razılaşmaya əsasən, Türkiyənin Rusiyaya 4 milyard dollara qədər enerji ödəməsi gələn ilə qədər təxirə salına bilər.