Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaşlarımız əmin ola bilər ki, heç bir cinayət cəzasız qalmayacaq

Vətəndaşlarımız əmin ola bilər ki, heç bir cinayət cəzasız qalmayacaq


Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Laçın rayonundakı sərhəd-buraxılış məntəqəsini müxtəlif çaplı odlu silahlardan atəşə tutması və məntəqədə xidmət göstərən DSX-nin hərbi qulluqçusunun yaralanması Ermənistanın regionda sülh mühiti üçün təhdid olduğunu göstərir. Bölgədə dayanıqlı sabitliyə, yekun sülhə və insanların təhlükəsizliyinə yaranan təhdidi aradan qaldırmaq isə BMT Nizamnaməsinin 51-ci maddəsi ilə Azərbaycanın hüququ, təhlükəsizliyini təmin etməli olduğu vətəndaşları qarşısında isə dövlətin vəzifəsidir və qüdrətli Azərbaycana heç kim hüquq və vəzifələrinin icrasında maneə ola bilməz. Əks halda cəzasızlıq mühiti yaranacaq ki, bu da cinayətkarı yeni cinayətlərə sövq edəcək.

30 il aradan sonra bizim Laçında soydaşlarımız yaşayır, Böyük Qayıdış isə uğurla reallaşmaqdadır və Laçına, bütövlükdə Qarabağ və Şərqi Zəngəzura - öz yurduna qayıdanların sayı daha da artmaqdadır. Belə bir halda, hansı beynəlxalq təşkilat, yaxud 3-cü güc zəmanət verə bilər ki, Ermənistan cəzasızlıq mühitindən cəsarətlənib sabah dinc əhalini hədəfə almaq istəməyəcək. Yaxın tarixə nəzər yetirsək, Ermənistanın humanitar hüquq faktorunu tanımadığını dəfələrlə müşahidə etmişik. Bu mənada yeni cəza tədbirləri labüddür və bu, ilk növbədə beynəlxalq hüququn aliliyini təmin etmiş olacaq.

Vətəndaşlarımız əmin ola bilər ki, heç bir cinayət cəzasız qalmayacaq. Təcavüzkar anlayacaq ki, Laçında sərhəd-buraxılış postuna açılan atəşlə əslində Ermənistan özünün olmayan dövlətçiliyini hədəfə alıb.

Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı
Xəbəri paylaş