Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda "Heydər Əliyev-100. Voleybola dəstək marafonu" keçiriləcək

Bakıda "Heydər Əliyev-100. Voleybola dəstək marafonu" keçiriləcək


İyunun 17-də Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə Bakıda Dənizkənarı Bulvarda "Heydər Əliyev-100. Voleybola dəstək marafonu" keçiriləcək.

Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, marafon Azərbaycanda voleybolun inkişafı, geniş kütlə arasında yayılması, yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində təşkil olunur.

Marafonda iştirak etmək istəyənlər aşağıda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qeydiyyat bu gün saat 16:00-da başa çatacaq.

Marafon 17 iyun saat 07:00-da “Dəniz Mall”ın qarşısında start götürəcək.

Oruc Niyazov
Xəbəri paylaş