"Sərhəddə baş verənlər Ermənistanın kənar qüvvələrin təhriki ilə hələ sülh barədə danışmağın tez olduğunun verildiyi mesajdır".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Ermənistan müxtəlif yollarla sülhdən qaçmaq istəyir:
"Bu şərtlər altında sülhə razı olmadığını bildirmək istəyir".
Politoloq onu da deyib ki, Üçüncü Qarabağ müharibəsi deyilən anlayış mümkün olan şey deyil:
"Bu ərazidə olsa-olsa Azərbaycanın antiterror əməliyyatı olacaq, əgər ermənilər özlərini belə aparmağa davam etsələr. Ermənistan hansı potensialla Azərbaycanla üçüncü dəfə genişmiqyaslı müharibəyə girə bilər ki?!".
Azər Qasımov hesab edir ki, Ermənistan son kartlarını oynayır:
"Azərbaycanın səbri artıq tükənib və Ermənistan üzərində təzyiqləri artıb. Odur ki, Ermənistanın taleyi öz əlindədir. Ya Azərbaycanın kölgəsində yaşamalarını sürdürməlidirlər, ya da dövlət kimi yox olub gedəcəklər".
Anar Əliyev