"Dünən səhər saatlarında Laçın sərhəd keçid məntəqəsinin Ermənistanın separatçı hərbi qüvvələri tərəfindən atəşə tutulması və bir sərhədçi hərbiçimizin düşmən gülləsi nəticəsində yaralanması, daha sonra isə Zəngilan istiqamətində ağır artilleriyadan istifadə etməklə başlanan növbəti təxribat xarakterli döyüş və bu təxribat xarakterli döyüşə Azərbaycan ordusunu sövq etmək, onları şərti sərhəd boyunca çilədən çıxardan təxribatlarla əlaqələndirmək səyləri bir daha təsdiq edir ki, ermənilər və havadarları sülh danışıqları prosesinin uzadılmasında maraqlıdırlar və sərhəddimizdə baş verən təxribatlar məhz bu səbəbdəndir",
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bundan başqa Vaşinqton , Brüssel platformalarında əldə olunan nəticələrin fonunda Vaşinqtonun separatçı rejimə istinadən "Danışıqlara getməlisiniz" çağrışı sözsüz ki, Qarabağda rusların "qəzəbinə" səbəb olma ehtimalını artırırdı və Ermənistanın daxilindəki 5-ci kalonun və separatçı rejimin içində olan rusiyapərəst qüvvələrin o qədər də disiplini olmayan ordularının tərkibində olan təxribatçı qüvvələri, mövqeylərimizə qarşı hərəkətə gətirməyi əmr verdilər:
"Burada Rusiyanın sülhməramlı qüvvələri adı altında hərbiçilərin də "əməyi" az deyil. Onlar zatən gəldikləri gündən sülhməramlı missiyası əvəzinə Rusiyanın Qarabağda yürütdüyü çirkin planların hazırlanması və həyata keçirilməsi üçün işlər çevirirlər və əllərindəki silah məhz bizə qarşıdır. Artıq rəsmi məlumatlara görə, Azərbaycan ordusu separatçıların cavabını layiqincə verib və Laçın sərhəd keçid məntəqəsinin atəşə tutması ilə bağlı, keçid məntəqəsini, Ermənistan tərəfindən izahat verilənədək bağlayıb. Ermənistandan gələn avtomobillər yol boyu üzü sərhəd keçid məntəqəsinə tərəf gözləməkdədir".
Ekspertin sözlərinə görə, biz bir daha şahidi olduq ki, Ermənistan və onlara arxa duranlar yekun sülh müqaviləsi bağlanana qədər bölgədə gərginlik yaratmağa davam edəcəklər:
"Bütün bunlara rəğmən Azərbaycan Xankəndidə bayrağını əbədi olaraq qaldıracaq".
Anar Əliyev