“Dünən nə baş verməli idisə, o da baş verdi. Ermənistan məğlub durumu ilə sülh müqaviləsinə getməyəcək, müxtəlif yollarla, o cümlədən bu cür təxribatlarla prosesi pozacaq”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Azad Vətən Partiyasının sədri Akif Nağı səsləndirib. O bildirib ki, Azərbaycan isə hər dəfə onların burnunu ovacaq, bir az da irəli gedəcək:
“İndi məqamdı, Mehri-Nüvədi istiqamətində irəliləyib, Naxçıvanla quru əlaqəsini bərpa etməliyik. Buna tam haqqımız var. Moskva 1929-cu ildə qanunsuz olaraq, eyni zamanda Qars müqaviləsini pozaraq həmin əraziləri Ermənistana verib. Biz beynəlxalq hüquqa söykənərək həmin ərazilərin qanuni sahiblərinə qaytarılmasını tələb etməliyik. Beynəlxalq hüquq işləməsə, güc tətbiqi ilə haqqımızı bərpa etməliyik”.
Anar Əliyev