İranda baş verən zəlzələ Naxçıvan ərazisində də hiss olunub.
Newscenter.az-ın məlumatına görə, "Report"un yerli bürosu xəbər verir ki, yerli vaxtla saat 16:30-da İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.
Maqnitudası 4,6, dərinliyi isə 80 km olan yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında da 3 bala qədər hiss olunub.