"Laçın Nəzarət Buraxılış Məntəqəsində baş verən ınsidentdən sonra bağlanan məntəqə ilə əlaqəli yaranmış durumda erməni tərəfinin blokada bəhanələrini aradan qaldırmaq üçün Azərbaycan tərəfi Qarabağ ermənilərinin təminat məsələlərini öz üzərinə götürməlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki. bundan sonra Azərbaycan ərazisi olan Qarabağın ermənilər məskunlaşan ərazisinə müxtəlif təminat məsələləri Azərbaycan ərazisindən edilməlidir. Ermənilərə Azərbaycan şirkətləri ilə işləmək üçün əməkdaşlıq şərti irəli sürülməlidir:
"Qida, dərman və digər təlabat məhsulları haqda ermənilərin tələbatına dair hesabat tələb edilməli, ödənişlərin edilməsi üçün infrastruktur yaradılmalıdır. Tədricən Azərbaycan manatına keçilməsini təmin etmək üçün şərtlər və qaydalar hazırlanmalıdır. Hələlik köçürmə yolu ilə tələb olunan malların dəyərinin ödənilməsi yolu ilə çatdırılma edilməlidir. Hələlik bunu beynəlxalq valyuta üzərindən kursa uyğun etmək olar".
Politoloq deyib ki, enerji daşıyıcıları, xüsusi ilə, yanacaq növləri Azərbaycandan təmin edilməlidir:
"Bu yolla inteqrasiya da sürətlənər. Təmin edilən məhsulların keyfiyyətinə nəzarət üçün hər iki tərəfdən qruplar hazırlamaq olar ki, sonra keyfiyyətlə əlaqəli bəhanələr ortaya çıxmasın. Bu barədə beynəlxalq ictimaiyyətə bəyanat verilməlidir".
Anar Əliyev