Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Şahmat Federasiyası beyin qıtlığının qurbanına çevrilib

Azərbaycan Şahmat Federasiyası beyin qıtlığının qurbanına çevrilib


"Azərbaycan Şahmat Federasiyası beyin qıtlığının qurbanına çevrilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev 8-18 yaşadək oğlan və qızlar arasında şahmat üzrə Azərbaycan Çempionatının keçirilməsinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, sözügedən federasiya rayon və regional yarışlar keçirilmədən Bakı rayonları arasında respublika turniri keçirir:

"Heç rayonlara xəbər də eləmirlər. Şahmat Federasiyası hansı hüquqla rayondan olan uşaqları ikinci sort idmançı belə hesab etmir? Rayonlarda və regionlarda yarış keçirmədən birbaşa Respublika birinciliyi keçirmək ideyasının müəllifi olan rəhbərləri Maştağaya yerləşdirmək lazımdır ki, gələcəkdə belə axmaq ideyalar ilə rastlaşmayaq".

Ədalət Verdiyev deyib ki, hazırda keçirilən yarışlar legitim olmadığı ucun ləğv olunmalıdır:

"Sonra da yeni çempion şahmatçıların yetismədiyindən şikayət edirik"

NEWSCENTER.AZ
Xəbəri paylaş