Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatdan Naxçıvanla bağlı TƏKLİF

Deputatdan Naxçıvanla bağlı TƏKLİF


"Yenə bir aydan artıqdır ki, Naxçıvana bileti böyük bir problemə çevirdilər. İran yolu bağlayıb, bircə təyyarə yolu qalıb. Tələbat varsa artırın təyyarələrin sayını".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa səsləndirib. Onun sözlərinə görə, bir neçə il öncə bileti 60 manata qaldırdılar, onsuz da bu qiymətə keyfindən kimsə Naxçıvana getmir:

"Adamın ölüsü var, dirisi var, xəstəsi var, doğma yurd həsrəti var. Nədir bu bilet kassasının qarşısındakı zəhlətökən növbələr? 21-ci əsrdə bilet üçün bu qədər növbə olar? Qadını, yaşlısı, uşağı bilirsiniz nə çilə çəkir? Elektron bilet satışını deyirdiniz, hanı o biletlər? Kim məsuliyyət daşıyır buna? Təcili əncam çəkilməlidir".

Anar Tağıyev
Xəbəri paylaş