Qərb bölgəsinin dağlıq rayonlarında və Gəncə şəhərlərində hökm sürən qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib.
Newscenter.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən, Gədəbəy, Göygöl Şəmkir rayonlarında həmçinin, Gəncə şəhərinə leysan yağışlar yağıb.
Güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti əkin sahələrinə, meyvə ağaclarına və digər təsərrüfatlara ciddi ziyan vurub.
Ucqar kəndlərə dolu düşüb, bəzi kəndlərin ərazilərindən sel keçib.
Yaxış suları səbəbindən Gəncə şəhərinin bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.
Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.