Türk Hava Yolları (THY) İtaliyanın bir sıra şəhərlərinə nəzərdə tutulan uçuşlarını təxirə salıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, uçuşların təxirə salınmasına səbəb həmin şəhərlərdə kütləvi etiraz aksiyalarının keçirilməsidir. Bundan dolayı iyunun 20-də hava yolu şirkəti Milan və Berqamo şəhərlərindən İstanbula planlaşdırılan bəzi reysləri ləğv edib. Eləcə də İstanbuldan adıçəkilən şəhərlərə uçuşlar olmayacaq.
Ləğv edilən reyslər "TK 1873 İstanbul-Milan", "TK 1874 Milan-İstanbul", "TK 1895 İstanbul-Milan", "TK 1896 Milan-İstanbul" uçuşları və AnadoluJet-in "TK 7794 Sabiha" Gökçen-İstanbul" Berqamo" və "TK 7796 Berqamo-Sabiha Gökçen" uçuşlarıdır.
Natiq Orucov