Almaniyanın silah ehtiyacları getdikcə azalır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu ölkənin cəmi 20 min partlayıcı top mərmi qalıb
"Der Spiegel" jurnalının ölkənin Müdafiə Nazirliyinin gizli sənədlərinə əsasən verdiyi xəbərə görə, Ukraynaya edilən hərbi yardım səbəbindən ölkənin hərbi ehtiyatları azalıb. Buna rəğmən Almanyanın Ukraynaya hərbi dəstəyinin davam etdiyi də dərgi də qeyd edilir.
Jurnalda həmçinin qeyd olunur ki, Almaniya ordusu NATO-nun 30 günlük gərgin döyüşünə tab gətirə biləcək kifayət qədər artilleriya ehtiyatına sahib olmaq üçün 2031-ci ilə qədər təxminən 230 min mərmidən ibarət inventar yaratmalıdır. Müdafiə Nazirliyi qarşıdakı aylarda sürətləndirilmiş artilleriya və tank sursatlarının alınması ilə bağlı 9 müqaviləni büdcə komitəsinə təqdim etməyi hədəfləyir.
Mehman Mehdiyev