Avropa Birliyi ölkələri Rusiyadan neft və qaz idxalını minimuma endirir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ittifaq ölkələrinin Rusiyadan neft alışı bu ilin mart ayında müharibədən əvvəlki dövrlə müqayisədə 90 faiz azalıb. Göstərilən müddət ərzində AB-nin Rusiyadan xam neft və neft məhsulları idxalı 1,4 milyon ton olub.
Sözügedən idxal 2019-2022-ci illərdə ayda 15,2 milyon ton səviyyəsində olub. Sanksiyalar çərçivəsində embarqo tətbiqinin qüvvəyə mindiyi 2022-ci ilin dekabrında AB-nin xam neft idxalı 70 faiz azalaraq 3,7 milyon tona düşüb. Xam neft idxalı bu ilin mart ayında müharibədən əvvəlki ayla müqayisədə 91 faiz azalaraq 1,17 milyon ton təşkil edib.
Natiq Orucov