Avstriyada vətəndaşların vatsap yazışmalarına polis tərəfindən nəzarət edilə bilər.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkənin daxili işlər naziri Gerhard Karner belə bir açıqlama ilə çıxış edib. Lakin nazir onu da etiraf edib ki, WhatsApp və Telegram kimi mesajlaşma proqramlarını yoxlamaq üçün kifayət qədər avadanlığa malik deyillər. Nazir, həmçinin onu da qeyd edib ki, daha çox təhlükəli elementlərin qarşısını almaq üçün bu sahədə lazımi səlahiyyətə malik olmalıdırlar.
Məlumat üçün qeyd edək ki, Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsinin 17 iyunda paytaxt Vyanada radikal qrupların LGBT yürüşünə qarşı planlaşdırdıqları terror aktının qarşısı alındığı barədə açıqlamasından sonra ölkədə mesajlaşma tətbiqlərinə nəzarət məsələsi gündəmə gətirilib.
Bu arada hökumətin tərəfdaşı olan Yaşıllar Partiyası nazir Karnerin təklifinə qarşı çıxıb.
Mehman Mehdiyev