Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şehbaz Şərif Azərbaycana xüsusi minnətdarlıq edib.
Bu barədə Newscenter.az Pakistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə bu gün İslamabadda keçirilən mərasimdə baş verib. Baş nazir onu və başçılıq etdiyi nümayəndə heyətini ötən həftə qəbul etdiyinə görə Azərbaycan xalqına və hökumətinə xüsusi minnətdarlıq əlaməti olaraq ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadovun əlini tutaraq yuxarı qaldırıb.
Qeyd edək ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. İyunun 15-də Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək, sonra isə geniş tərkibdə görüşü keçirilib.
Anar TAGIYEV