Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəblərinin məzunlarından maksimum nəticə

Paytaxt məktəblərinin məzunlarından maksimum nəticə


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin məzunları I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstəriblər.

Newscenter.az xəbər verir ki, 299 nömrəli məktəb-liseyin məzunu Abdullayev Emil Rasim oğlu, 147 nömrəli Texniki-Humanitar Liseyin məzunu Hüseyn Saud Vasif oğlu I ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıblar.

Yüksək nəticə əldə etmiş abituriyentlər, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!

R.Mehdiyeva
Xəbəri paylaş