Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sertifikatlaşdırma-müəllimin öz üzərində davamlı işləməsi üçün ciddi stimul yaradır -ÖZƏL

Sertifikatlaşdırma-müəllimin öz üzərində davamlı işləməsi üçün ciddi stimul yaradır


Son illər təhsil sahəsində həyata keçirilən islahatlardan biri də müəllimlərin sertifikatlaşdırılmasıdır Ancaq təəssüflər olsun ki, bu prosesə münasibət heç də birmənalı deyil. Bəziləri müəllimlərin sertifikatlaşdırılmasının əleyhinə olduğunu deyir. Millət vəkili Jalə Əhmədova isə bunun tamamilə əksini düşünr.

Newscenter.az-ın xəbərinə görə, Jalə Əhmədova deyib ki, müəllimlərin davamlı inkişafı prosesinin göstəricisi olan “sertifikatlaşdırma” anlayışı 2018-ci ildən etibarən təhsil qanunvericiliyinə daxil edilib. Deputatın sözlərinə görə. bu alətin məqsədi müəllimlərin fasiləsiz inkişafının təmin olunması üçün onların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və ehtiyaclarının müəyyən edilməsidir:

"Sertifikatlaşdırma- müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Onlar tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyir, öz ehtiyaclarına uyğun olaraq peşə bilikləri və bacarıqlarını artırmaq imkanlarından faydalanırlar. Bu isə təhsilverənlər arasında özünüinkişafı stimullaşdıran münbit şərait yaradır. Təbii olaraq bütün bu faktorlar tədrisin keyfiyyətini artırır və şagird nəticələrinin yaxşılaşmasına səbəb olur. Bu da bir daha göstərir ki, müəllimlərin işə qəbulu prosesi təhsil sistemimiz üçün uğurlu yanaşmadır".

Ruhiyyə
Xəbəri paylaş